Reynaldo: "Evimə gəldiyim üçün xoşbəxtəm"

10:03 - 19 Dekabr 2018

"Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Reynaldo Silva deyib. Yenidən Ağdam klubuna qayıdan 29 yaşlı hücumçu ilk oyuna çıxmağı səbirsizliklə gözlədiyini deyib:

 

"Səbirsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".

 

Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Braziliyalı futbolçunun son klubu Qazaxıstan "Aktobe"si olub.

 

Xəbər xətti