"Neftçi" kubokla vidalaşdı, "Zirə" yarımfinalda YENİLƏNİB

20:56 - 19 Dekabr 2018

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

 

Günün ilk matçı “Bayıl Arena”da baş tutub. Burada“Səbail” “Zirə”ni qəbul edib. İlk oyunda 1:0 hesabı ilə qələbə qazanan "Zirə" bu dəfə də meydandan qalib ayrılıb - 3:2. Bu nəticə Samir Abasovun komandasını yarımfinala yüksəldib.

 

Günün ikinci qarşılaşması isə Sumqayıtda reallaşıb. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə ilk qarşılaşmada 2-0 hesabı ilə qalib gəldiyi “Neftçi”ni qəbul edib. Meydan sahibləri 0:1 hesabı ilə uduzsa da, yarımfinala adlayıb.

 

Yarımfinalda "Sumqayıt"la "Zirə" qarşılaşacaq.

 

Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.


Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

19 dekabr (çərşənbə)

 

16:00 “Səbail” – “Zirə” - 2:3
Qollar:
Adrian Skarlatake, 3 (avtoqol), Ruslan Qurbanov, 83 - Adil Nağyev, 45+2, 73, Pərdis Fərcad-Azad, 63
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”

 

19:00 “Sumqayıt” – “Neftçi” - 0:1
Qol:
Namiq Ələsgərov, 42
Qırmızı vərəqə: Arif Daşdəmirov, 83 ("Sumqayıt")
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
“Kapital Bank Arena”.

Xəbər xətti