"Qarabağ" və "Qəbələ" yarımfinalda YENİLƏNİB

20:52 - 20 Dekabr 2018

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Sabah" "Əlincə Arena"da ilk matçda 0-1 hesabı ilə uduzduğu "Qəbələ"ni qəbul edib. Oyun qonaqların 1-0 hesablı qələbəsiylə başa çatıb. Bu nəticə ilə "Qəbələ" yarımfinala yüksəlib.

 

Günün digər oyununda isə "Qarabağ" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Keşlə"nin qonağı olub. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə "Qarabağ"ı yarımfinala yüksəldib.

 

Yarımfinal cütlükləri:

"Qəbələ" - "Qarabağ"

"Zirə" - "Sumqayıt"

 

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

 

16:00 “Sabah” – “Qəbələ” - 0:1
Qol:
Ceyms Adeniyi, 80
Qırmızı vərəqə: Erik Ramos, 84 ("Sabah")
İlk oyun: 0-1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Əlincə Arena”

 

19:00 “Keşlə” – “Qarabağ” - 1:1
Qollar:
Amil Yunanov, 29 - Miçel, 50
Qırmızı vərəqə: Yakub Jezniçak, 90 ("Qarabağ")
İlk oyun: 0-1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”.

Xəbər xətti