Ufuk Budakın komandası kubokda mərhələ keçdi

12:38 - 20 Dekabr 2018

Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ufuk Budakın formasını geyindiyi “Boluspor” səfərdə “Van Bələdiyyəspor”la qarşılaşıb və 2:2 hesablı heç-heçə edib.  Bu nəticə ilə futbolçumuzun komandası ilk oyunda qazandığı 5:1 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

 

Ufuk bu görüşün iştirakçısı olmayıb. Baş məşqçisi, digər əsas heyət oyunçuları kimi, Budaka da aşağı liqa təmsilçisi ilə görüşdə istirahət verib.

Xəbər xətti