"Neftçi"də ilk rəsmi ayrılıq

14:12 - 20 Dekabr 2018

"Neftçi”də ayrılıq baş tutub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Rəşad Eyubovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

26 yaşlı yarımmüdafiəçi bu mövsüm "Neftçi”nin heyətində 6 oyunda meydana çıxıb.


Qeyd edək ki, Rəşad Eyubov bu yay "Sumqayıt"dan "Neftçi"yə keçmişdi. 

Xəbər xətti