Qurban Qurbanovdan Almeyda və Pedro açıqlaması

21:22 - 20 Dekabr 2018

"Hazırda Riçard Almeyda və Pedro Enrikenin "Qarabağ"a qayıtması ilə bağlı heç bir müzakirəmiz olmayıb. Futbolçularla danışıq aparmırıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis komandanın sabiq üzvləri - Qazaxıstanın "Astana" klubunda çıxış edən Riçard Almeyda və Pedro Enrikenin mümkün dönüşünü şərh edib. 

 

O, "Qarabağ"ın qapılarının Riçardın üzünə hər zaman açıq olduğunu sözlərinə əlavə edib: "Riçardın üzünə qapılarımız həmişə açıqdır. Bunu özünə də demişik. Ona braziliyalı kimi yox, azərbaycanlı kimi baxırıq. Çünki artıq pasport da verilib".

 

Qeyd edək ki, "Qarabağ" bu günlərdə keçmiş futbolçusu Reynaldo Silvanı heyətinə cəlb edib.

Xəbər xətti