"Keşlə"dən kimlər ayrılacaq?

00:44 - 21 Dekabr 2018

Mövsümün ilk yarısında 12 xal toplayan və ölkə kubokunun 1/4 final mərhələsində mübarizəni dayandıran "Keşlə" qış fasiləsində heyətinə əl gəzdirəcək.

 

Sportal.az saytının məlumatına görə, paytaxt klubu bir neçə futbolçusu ilə yolları ayırmağı planlaşdırır. Klub Herve Tçami, Ebrima Sohna, Bahodir Nasimov, Ruslan Nəsirli, Ruslan Əmircanov, Məmməd Quliyev, Vaqif Cavadov, Ayite Conatan, Andre Klennon və Elnur Cəfərovu komandadan göndərmək fikrindədir. Artıq Bahodir Nasirov klubun düşərgəsini tərk edərək, ölkəsi Özbəkistana yollanıb. Adlarıçəkilən futbolçuların bir çoxu komandandan göndəriləcək və onların əvəzinə bir neçə legioner oyunçu alınacaq.

 

Paytaxt klubu bir neçə əcnəbi futbolçu ilə danışıqlar aparır.

Xəbər xətti