Azərbaycan millisinin üzvünün komandası "Qalatasaray"a rəqib oldu

13:05 - 21 Dekabr 2018

Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın çıxış etdiyi "Boluspor"un Türkiyə Kubokunun 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Türkiyə I Liqasında çıxış edən komanda bu mərhələdə "Qalatasaray"la qarşılaşacaq. 

 

Digər İstanbul təmsilçisi "Fənərbağça" isə bu raundda "Ümraniyespor"la üz-üzə gələcək.

 

"Kayserispor" - "Akhisarspor"

"Boluspor" - "Qalatasaray"

"Ümraniyespor" - "Fənərbağça"

"Yeni Malatyaspor" - "Bodrumspor"

"Başakşehir" - "Hatayspor"

"Trabzonspor" - "Balıkesirspor"

"Alanyaspor" - "Kasımpaşa"

"Antalyaspor" - "Göztepe"

 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2019-cu il 15 - 17 yanvarda, cavab qarşılaşmaları isə 22 - 24 yanvarda baş tutacaq.

Xəbər xətti