U-15 Liqası: Mərkəzi oyun «Şəfa»da

14:50 - 21 Dekabr 2018

Dekabrın 22-23-də U-15 Liqasında 13-cü turun oyunları keçiriləcək. Bununla da komandalar qış fasiləsinə yollanacaqlar. Turun mərkəzi oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. Çempionatda məğlub olmayan 3 komandadan biri - lider «Qəbələ» ötən tur ilk yenilgisini alan «Qarabağ»ı qəbul edəcək. Bir görüşsə təxirə salınıb. «Neftçi» İK İB – «Səbail» matçı ev sahibi komandanın Gürcüstanda təlim-məşq toplanışında olduğu üçün ertələnib. Bu qarşılaşma gələn il keçiriləcək. İlin son oyun həftəsinin təqvimi belədir:

 

22 dekabr (şənbə)

 

12:00 «Zaqatala» - «Neftçi» (Zaqatala şəhər stadionu)
14:00 «Qəbələ» - «Qarabağ» (Qəbələ şəhər stadionu)
14:00 «Mil-Muğan» - Gəncə TİM (İmişli şəhər stadionu)
15:00 «Xilə» - «Sabah» (Şağan OİK-nin meydanı)
15:00 «Zirə» - «Sumqayıt» (Aviasiya Akademiyasının stadionu)

 

22 dekabr (bazar)

 

14:30 İsgəndər Cavadov BFA – «Keşlə» (Abşeron OİK-nin meydanı)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Hüseyn Quliyev («Keşlə»), Müseyib Abdullazadə («Xilə»), Oruc Məmmədov («Neftçi»), Vasif Fərəcov («Qarabağ»), Mahmud Ağayev («Zirə»)

 

Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 25 qol, Şahmar Aşurov («Sabah») – 23 qol.

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti