Premyer Liqa klubundan "Qalatasaray"a 10 milyon avroluq təklif

18:45 - 21 Dekabr 2018

"Qalatasaray" futbolçusu Qarri Rodriqes üçün İngiltərə Premyer Liqa təmsilçisi "Kristal Pelas"dan təklif alıb.

 

Sportal.az xəbər verir ki, London klubu 28 yaşlı vinqer üçün 10 milyon avroluq təklif ünvanlayıb. "Qalatasaray" isə kabo-verdeli futbolçu üçün 15 milyon avro tələb edib. İstanbul təmsilçisi Rodrqiesin keçidindən əldə edəcəyi məbləğlə transfer dönəmində bir neçə oyunçunu almağı planlaşdırır.

 

Qeyd edək ki, Rodriqes 2017-ci ilin yanvarında 3,7 milyon avroya PAOK-dan "Qalatasaray"a keçmişdi.

Xəbər xətti