"Beşiktaş" Meksikadan futbolçu alır

15:45 - 22 Dekabr 2018

Cari mövsüm qeyri-stabil çıxış edən "Beşiktaş" heyətini gücləndirmək üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu Meksikanın "Paçuka" klubuna yarımmüdafiəçisi Viktor Quzman üçün təklif göndərib. Meksika millisinin üzvüylə Madrid "Atletiko"sunun da maraqlandığı iddia edilir. Əgər 23 yaşlı futbolçunun "Beşiktaş"a keçidi baş tutsa, "qara qartallar" "Torino"dan icarəyə götürdüyü Adem Lyayiçi geri göndərəcək.

 

Qeyd edək ki, Quzman cari mövsüm 16 oyundan sonra 9 qol vurub və 5 assist edib.

Xəbər xətti