Millimizə üç qol vuran futbolçu "Qalatasaray"ın bir addımlığında

17:52 - 22 Dekabr 2018

Hollandiya Erediviziyasında çıxış edən "Herenven"in yarımmüdafiəçisi Arber Zeneli cari mövsüm nümayiş etdirdiyi oyunla Avropanın öndə gedən klublarının transfer radarına düşüb.

 

Sportal.az xəbər verir ki, kosovolu futbolçu "Qalatasaray"la "Fənərbaxça"nın transfer hədəfindədir. Hollandiya mətbuatının məlumatına görə, 23 yaşlı oyunçu "Qalatasaray"a keçidi daha yaxındır. Xəbərə qeyd edilib ki, "sarı-qırmızılar" bu keçid üçün Hollandiya klubuna 2,5 milyon avro ödəyəcək.

 

Zeneli açıqlamasında Türkiyədə forma geyməyin əlehinə olmadığını söyləyib.

 

Qeyd edək ki, gənc ulduz bu mövsüm "Herenven"də 15 oyuna 3 qol vurub, 9 assist edib. Zeneli Millətlər Liqasının qrup mərhələsində Kosovonun millimizi darmadağın etdiyi həlledici qarşılaşmada (4:0) het-trik etmişdi. Bundan əlavə, o, ölkəsində ilin futbolçusu seçilib.

Xəbər xətti