De Byazi A Seriya klubundan millimizə görə imtina edib?

19:15 - 22 Dekabr 2018

Millimizin baş məşqçisi postuna namizəd olan Canni de Byazi ilə bağlı İtaliya mətbuatında yeni iddiaya ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, 1 ildir ki, işsiz qalan mütəxəssis İtaliya A Seriyasında çıxış edən "Frozinone" klubundan təklif alıb. Ancaq italiyalı mütəxəssis autsayder komandada çalışmaqdan imtina edib. 62 yaşlı mütəxəssis bunun səbəbini tezliklə açıqlayacağını deyib: "Əlbəttə, istərdim ki, A Seriyasına qayıdım. Bəlkə də karyeram üçün mükəmməl təcrübə olardı. "Frozinone" ilə müqavilə bağlamağa yaxın idim, amma sonda bu, baş tutmadı. "Frozinone"ni çalışdırmaqdan imtina etdim. Bunun də səbəbini açıqlayacam".

 

İddia edilib ki, De Byazi Azərbaycan milli komandasını çalışdırmaq üçün bu təklifi geri çevirib.

 

Qeyd edək ki, De Byazi daha öncə İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 2011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. O, son olaraq, 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb.

Xəbər xətti