"Səbail" Ukrayna və Macarıstan klubları ilə qarşılaşacaq

23:18 - 22 Dekabr 2018

“Səbail”in qış hazırlıq planı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi təlim-məşq toplanışı üçün yanvarın 12-i Antalyaya gedəcək. Yanvarın 25-nə qədər olacaq hazırlıq prosesində komandanın 3 yoxlama görüşü oynaması planlaşdırılıb.

 

“Dəniçilər”in ilk rəqibi Macarıstan təmsilçisi “Aqvital Csakvar” olacaq. Bu görüş yanvarın 15-də keçiriləcək. Aftandil Hacıyevin kollektivi yanvarın 21-i "Desna” (Ukrayna), yanvarın 24-ü “Kaysar”la (Qazaxıstan) qarşılaşacaq.

 

Qeyd edək ki, “Səbail” Topaz Premyer Liqasının ilk hissəsini 21 xalla 3-cü pillədə başa vurub. Bakılılar ölkə kubokunun 1/4 finalında "Zirə" səddinə ilişərək, turnirlə vidalaşıb.

Xəbər xətti