"Atletiko" penalti qolu ilə qələbə qazandı VİDEO

00:45 - 23 Dekabr 2018

İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Atletiko" evdə "Espanyol"a 1-0 hesabı ilə qalib gəlib.

 

La Liqada turnir cədvəlinə 37 xalla "Barselona" başçılıq edir. "Atletiko" 34 xalla 2-ci, "Sevilya" 31 xalla 3-cü, Madrid "Real"ı 29 xalla 4-cü yerdə qərarlaşıb. "Espanyol" 21 xalla 12-cidir.

 

"Atletiko" 1-0 "Espanyol"
Qol:
Antuan Qrizmann, 56 (pen.)

 

 

 

Xəbər xətti