Dadaşov geri döndü, komandası məğlub oldu

11:30 - 23 Dekabr 2018

Almaniya 3-cü Bundesliqasında 20-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” evdə “Fortuna Köln”ə 0:2 hesabı ilə uduzub.

 

Zədəsini sağaldan Rüfət start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Dadaşovun komandası 20 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti