Rail Məlikov "Sumqayıt"dan ayrılır? AÇIQLAMA

14:10 - 23 Dekabr 2018

"Sumqayıt"ın müdafiəçisi Rail Məlikovun adı Premyer Liqanın digər klubları ilə hallanır.

 

Sportal.az saytına açıqlama verən 33 yaşlı futbolçu klubdan ayrılmayacağını bəyan edib: "Sumqayıt"la mövsümün sonuna kimi müqaviləm var. Qışda heç bir kluba getməyəcəm. Mövsümün sonunda isə nələr olacağını indidən deyə bilmərik".

 

Qeyd edək ki, milli komandamızın sabiq üzvü 2016-cı ildən "gənclik şəhəri" təmsilçisində çıxış edir.

Xəbər xətti