"Fortuna"nın yetirməsi "Sumqayıt"a transfer olur? - Ayxan Abbasovdan AÇIQLAMA

14:46 - 23 Dekabr 2018

Almaniyanın Regional Liqa təmsilçisi “Ştralen” klubu ilə yollarını ayıran millimizin üzvü Tuğrul Eratın "Sumqayıt"a transfer olmaq ehtimalı yaranmışdı.

 

Sportal.az saytına açıqlama verən "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov 26 yaşlı yarıımüdafiəçidən imtina etdiklərini deyib: "Eratı diqqətli izlədik. Onun formada olmadığını gördük. Tuğrulun mövqeyində oyunçularımız var. Onun transferi baş tutmayacaq".

 

Qeyd edək ki, Tuğrul Erat Düsseldorf "Fortuna"sının yetirməsidir. O, "Duysburq" klubunda 2016-2018-ci illərdə çıxış edib.

Xəbər xətti