"Sumqayıt"da növbəti ayrılıq

15:08 - 23 Dekabr 2018

Ölkə kubokunda yarımfinala adlayan və Premyer Liqada iddialı yerləri hədəfləyən "Sumqayıt" transfer düyməsini basıb.

 

"Gənclik şəhəri" təmsilçisində ayrılıq reallaşıb. Komandaya mövsümün ilk turlarında qoşulan Orxan Əliyevlə yollar ayrılıb. Bu barədə Sportal.az saytına açıqlamasında klubun baş məşqçisi Ayxan Abbasov məlumat verib.

 

22 yaşlı Əliyev 2011-2015-ci illər ərzində “Sumqayıt”da oynayıb. Orxan "kimyaçılar"ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirmiş yarımmüdafiəçi “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in də (39 oyun, 3 qol) şərəfini qoruyub.

 

Orxan Əliyev U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərinin də formasını geyinib.

 

Qeyd edək ki, "Sumqayıt" mövsümün əvvəlində "Keşlə"dən altı aylıq icarəyə götürdüyü Orxan Sadıqlı ilə də yolları ayırıb.

Xəbər xətti