"Neftçi" "Qəbələ"nin futbolçusuna təklif göndərdi

15:32 - 23 Dekabr 2018

Millimizin üzvü Aqil Məmmədov "Qəbələ"dən ayrıla bilər. Belə ki, 29 yaşlı əlcək sahibi sabiq klubu "Neftçi"dən təklif alıb.

 

Sportal.az saytına açıqlama verən Məmmədov hələ ki, keçidin rəsmiləşmədiyini deyib: "Konkret nəsə yoxdur. "Qəbələ"nin futbolçusuyam. Söz-söhbət var, amma rəsmi nəsə baş verməyib. "Neftçi"dən təklif var, amma ayrılmamışam. Hər şeyə yaxın günlərdə aydınlıq gələcək".

 

Qeyd edək ki, Aqil Məmmədov 2015/16 mövsümündə "Neftçi"də çıxış edib. Məmmədov ötən qış fasiləsində "Neftçi"yə transfer olsa da, daha sonra müəmmalı şəkildə klubdan ayrılıb "Qəbələ"yə dönmüşdü.

Xəbər xətti