Azərbaycan kubokunun finalı Gəncədə baş tutmayacaq?

12:35 - 24 Dekabr 2018

"Yayılan məlumat rəsmi deyil, mən də bu barədə oxumuşam".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in mətbuat xidmətinin şefi Azad Mustafayev deyib. Klub rəsmisi ölkə kubokunun final matçının Gəncə şəhərində keçirilməyəcəyi barədə yayılan dedi-qodulara münasibət bildirib:

 

"Gəncə "2019 Avropa idman şəhəri" titulunu qazanıbdır. Gələn il Nizami yurdunda bir çox beynəlxalq və yerli səviyyədə yarışlar baş tutacaq. Stadion Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzarətidir. Kluba meydandan və inzibati binadan təmənnasız istifadə etmək şəraiti yaradılıb. Stadion klubun nəzarətində deyil. İdarənin rəisi Müşfiq Cəfərov da mətbuata açıqlamasında söyləmişdi ki, Azərbaycan Kubokunun final matçının Gəncədə keçirilməsi şəhərin "2019 Avropa idman şəhəri" titulu almasına töhfə ola bilər. Qeyd etmişdi ki, bunun reallaşması üçün əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, PFL-in prezidenti Ramin Musayev açıqlamasında ölkə kubokunun finalının Gəncə və ya Qəbələdə reallaşacağını söyləyib.

Xəbər xətti