"Zirə" müdafiəçisi ilə yolları ayırdı

12:58 - 24 Dekabr 2018

"Zirə"də ayrılıq reallaşıb.

 

Sportal.az saytı xəbər verir ki, "qartallar" müdafiəçisi Sadiq Quliyevlə yolları ayırıb. 23 yaşlı futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

"Sumqayıt"a transferi an məsələsi olan Adil Nağıyev sosial şəbəkə hesabında Quliyev üçün "Yolun açıq olsun" yazıb və uğurlar arzulayıb.

 

Qeyd edək ki, Quliyev "Qəbələ"nin yetirməsidir. O daha öncə "Zirə"də icarə əsasında çıxış etmişdi. Ötən ilin yayında isə Quliyev "Zirə"yə birdəfəlik keçmişdi.

Xəbər xətti