Rüfət Dadaşov: "Çıxışımızı yüksək qiymətləndirə bilmərəm"

14:18 - 24 Dekabr 2018

Almaniyanın "Proyssen" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov III Liqasnın son turunda "Fortuna"ya 0:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, mövsümün ilk yarısı haqda danışan forvard komandanın çıxışının müsbət olmadığını deyib:

 

"İlk mərhələni geridə qoyduq. Bir neçə məğlubiyyətimiz oldu. Bu səbəbdən çıxışımızı yüksək qiymətləndirə bilmərəm. Bir qədər bəxtimiz də gətirmədi. Çünki hər xırda səhvdən sonra cəzalanırdıq. Bayram ab-havasında deyiləm. Qış fasiləsinə məğlub kimi yollanırıq. Artıq oyanmaq vaxtıdı".

 

Qeyd edək ki, Münster klubu III Bundesliqada 20 turdan sonra 29 xalla 7-cidir.

Xəbər xətti