Ölkə kubokunun final matçının məkanı bəlli deyil - PFL-dən açıqlama

14:58 - 24 Dekabr 2018

Azərbaycan kubokunda mövsümün  final matçının keçiriləcəyi məkan bəlli deyil.

 

Sportal.az-a PFL-in mətbuat xidmətindən verilən məlumata görə, bu barədə qərar qəbul olunmayıb.

 

PFL-in prezidenti Ramin Musayev daha öncə açıqlamasında ölkə kubokunun finalının Gəncə və ya Qəbələdə reallaşacağını söyləyib. Ölkə kubokunun finalı 2019-cu ilin mayın 29-da baş tutacaq.

 

Qeyd edək ki, ötən il həlledici görüş Qəbələ şəhər stadionunda baş tutub.

Xəbər xətti