"Qarabağ"ın legioneri futzal komandasında

16:27 - 24 Dekabr 2018

Qış fasiləsi elan olunduqdan sonra vətəni Xorvatiyaya yollanan "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiçlə bağlı yeni xəbər yayılıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu istirahət günlərində futzal yarışında çıxış edəcək. Ozobiç Split şəhərində Dino Petrinoviçin xatirəsinə həsr olunmu ənənəvi turnirdə iştirak edəcək. 17-ci dəfə təşkil olunan turnir dekabrın 26-da baş tutacaq.

 

Xeyriyyə turnirdə 4 komanda mübarizə aparacaq. Oqnyen Vukoyeviç, Milan Rapaiç, İvitsa Mornar, İvitsa Oliç, Niko Krançar, İvan Klasniç kimi məşhurlar da yarışa qatılacaqlar. İqor Tüdor və Robert Yarni kimi mütəxəssislər baş məşqçi qismində olacaqlar.

 

Qeyd edək ki, Ozobiç yayda "Qəbələ"dən "Qarabağ"a keçib.

Xəbər xətti