Yurgen Kloppdan transfer açıqlaması

17:33 - 24 Dekabr 2018

Premyer Liqada fırtına kimi əsən "Liverpul"un baş məşqçisi Yurgen Klopp qış transfer pəncərəsi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis transfer edib-etməyəcəkləri barədə verilən suala belə cavab verib:

 

"Heyətdən məmnunam, ancaq hər zaman söylədiyim kimi, nələrin olacağını bilmərik. Bu səbəbdən də transferə aıçq qapı qoyuram. Vəziyyətə uyğun hərəkət edəcəyik. Bizi çoxlu gərgin oyunlar gözləyir. Əgər mümkün olsa, transfer baş tutacaq, olmasa da, yolumuza davam edəcəyik".

 

Qeyd edək ki, Premyer Liqada 18 turdan sonra "Liverpul" 48 xalla "Liverpul" liderdir. 4 xal geri qalan "Mançester Siti" 2-cidir.

Xəbər xətti