Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdır

00:51 - 25 Dekabr 2018

"Mançester Yunayted"də Jose Mourinyonun gedişindən sonra baş məşqçi postuna Ola Qunner Sulşer gətirildi.

 

Sportal.az xəbər verir ki, Mançester təmsilçisiylə bağlı daha bir iddia ortaya atılıb. İngiltərə mətbuatı "qırmızı şeytanlar"ın əfsanəvi baş məşqçisi Aleks Ferqyusonun yenidən kluba qayıdacağını yazıb. Şotalndiyalı mütəxəssisin klubda məsləhətçi kimi çalışacağı qeyd edilib.

 

Qeyd edək ki, 77 yaşlı mütəxəssis 1986 – 2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub və kluba 38 titul qazandırıb.

 

Xəbər xətti