Kvalyarella ilə müqavilə uzadıldı

16:03 - 25 Dekabr 2018

"Sampdoriya" hücumçusu Fabio Kvalyarella ilə müqaviləni yeniləyib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçuyla saziş 2020-ci ilin yayına kimi uzadılıb.

 

Qeyd edək ki, "Torino", "Fiorentina", "Udineze", "Napoli", Yuventus" kimi klublarda çıxış etmiş İtaliya millisinin üzvü cari mövsüm 17 oyuna 10 qol vurub, 5 assist edib.

Xəbər xətti