"Barselona" Suaresi həmyerlisiylə əvəzləyəcək

17:19 - 25 Dekabr 2018

"Barselona" 31 yaşı olan Luis Suaresin alternativini axtarır.

 

Sportal.az xəbər verir ki, kataloniyalılar uruqvaylı forvardın əvəzləyicisini La Liqadan tapıb. Belə ki, "Selta"nın hücumçusu Maksimiliano Qomes "Barselona"nın radarına düşüb. Uruqvay millisinin üzvü Viqo klubunda göstərdiyi performansla Avropa klublarının diqqətini çəkib. Qomesin sərbəst qalmaq qiyməti 50 milyon avrodur.

 

Qeyd edək ki, 22 yaşlı forvard 2017-ci ildən "Selta"da çıxış edir. Qomes cari mövsüm 16 oyuna 8 qol vurub, 4 assist edib.

Xəbər xətti