"Alonsonu bir gün komandamızda baş məşqçi kimi görmək istəyirəm"

18:53 - 25 Dekabr 2018

"Bayern"in idarə heyətinin sədri Karl-Hayns Rummenigge sabiq futbolçuları Xabi Alonso barədə danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi Alonsonu bir gün Münhen klubunda baş məşqçi kimi görmək istədiyini dilə gətirib: "Alonsonun bir gün "Bayern"ə dönməsini istəyirəm. O, bizim üçün çox yaxşı baş məşqçi olar. Bir neçə dildə danışa bilir və liderlik keyfiyyətləri çox yüksəkdir". 

 

Qeyd edək ki, Alonso futbolçu karyerasına 2017-ci ildə "Bayern"də son qoyub. 37 yaşlı gənc mütəxəssis Madrid "Real"ının U-13 komandasını çalışdırır.

Xəbər xətti