"Everton" Cenk Tosunla bağlı qərar verdi

10:41 - 26 Dekabr 2018

"Everton" əsas heyətdə özünə yer edə bilməyən Türkiyə millisinin üzvü Cenk Tosunla bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Liverpul təmsilçisi 27 yaşlı futbolçunu yaxşı təklif gələcəyi halda satmağa qərar verib. Əgər bu olmasa, Tosun başqa kluba icarəyə veriləcək. Bundan əlavə komandanın digər hücumçusu Omar Niasse ilə də yollar ayrılacaq.

 

Cenk Tosunun xidmətində sabiq klubu "Beşiktaş" maraqlıdır.

 

Qeyd edək ki, "Everton" ilin əvvəlində Tosunu 24+4 milyon avroya "Beşiktaş"dan transfer etmişdi.

Xəbər xətti