I Divizionda gözlənilməz baş məşqçi istefası

12:22 - 26 Dekabr 2018

I Divizionda gözlənilməz baş məşqçi istefası reallaşıb.

 

Aqil Nəbiyev "Şüvəlan"dan ayrılmaq qərarı verib. Sportal.az saytına açıqlama verən 36 yaşlı mütəxəssis qərarını bu cür izah edib:

 

"Ayın 21-i məşqçi kursum başa çatdı. İki yerə fikrimi cəmləmək çətin idi. Bildiyiniz kimi bu klubda 7 il oynamışam, kapitanı olmuşam. Ötən mövsümdən də baş məşqçisi oldum. Klub rəhbərliyindən, texniki heyətdən və futbolçulardan heç bir narazılığım yoxdur. Fikrimi bir yerə cəmləmək üçün belə qərar verdim".

 

Qeyd edək ki, "Şüvəlan" ötən mövsüm Nəbiyevin rəhbərliyi altında I Divizionda bürünc medallara sahib çıxıb.

Xəbər xətti