FIFA Türkiyə klubuna transfer qadağası qoydu

12:48 - 26 Dekabr 2018

FİFA Türkiyənin "Qaziantepspor" klubunu cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, II Liqada mübarizə aparan bu klubun sabiq qapıçısı Jidrunas Karçemarskasa olan borcunu vaxtında ödəməməsi Türkiyə təmsilçisinə baha başa gəlib.

 

Ali futbol qurumu “Qaziantepspor”un hesabından 6 xalın silinməsi və kluba transfer qadağası qoyulması barədə qərar qəbul edib.

 

Qeyd edək ki, Litva yığmasının sabiq üzvü 2010-2016-cı illərdə "Qaziantepspor"da forma geyinib.

Xəbər xətti