Rəşad Əzizli: "Roberto Bordin məni harada gördü ki, güvənə bilmədi?" MÜSAHİBƏ

"Sumqayıt"ın "Neftçi"dən transfer etdiyi Rəşad Əzizli Sportal.az saytına müsahibə verib.

 

24 yaşlı qolkiper öncə transferiylə bağlı danışıb:

 

- Oynamaq istəyirdim. Açığı, gördüm ki, "Neftçi"də alınmayacaq. Qərar verdim ki, məni istəyən yerə gedim. "Sumqayıt" təklif göndərmişdi, Ayxan Abbasov məni kluba dəvət etdi. Fikrimcə, bu transfer mənim üçün yaxşı ola bilər. Özümü göstərmək üçün yaxşı fürsətdi.

 

- Belə xəbər yayılıb ki, klubun qarşısına şərt qoymusan ki, əsas heyət üzvü olmalısan.

- Xeyr, qətiyyən. Mən kiməm ki, kluba şərt qoyum? Axı buna razı olmazlar. Öz oyunumla əsas heyətə düşə bilərəm, sözlə yox.

 

Image may contain: 1 person, smiling

 

- Ötən mövsüm "Neftçi"nin bürünc medallar qazanmasında əziyyəti olan futbolçulardan biri də sən idin. Bəs nə baş verdi ki, yeni baş məşqçi Roberto Bordin sənə bir oyun olsa da, şans vermədi?

- Elə bu qərar mənim özümə də maraqlıdır. Roberto Bordin məni harda gördü ki, güvənə bilmədi? Bu qərarı mənə qaranlıq qaldı. Oynamaq üçün ayrılmaq qərarını verdim. "Neftçi"dən getmək istəyirdim. Ayrılıq ən yaxşı qərar oldu.

 

- Tərlan Əhmədovun rəhbərliyi altında "Neftçi"də uğurlu çıxış edib milli komandaya kimi yüksəlmişdin. "Sumqayıt"da belə perspektiv görürsən?
- Əlbəttə, hər şey özümdən asılı olacaq. Oynayandan sonra hər şey yoluna düşəcək. Meydana çıxandan sonra yaxşı olacaq. Tərlan müəllim mənə güvəndi, əsas milliyə dəvət aldım. Onun zəhməti böyükdür, çox sağ olsun. Burada da Ayxan Abbasovla işləmək mənə xoş olacaq. Özümü göstərmək istəyirəm.

 

via GIPHY

 

 

- Ötən günlərdə "Sumqayıt"dan ayrılan Oraxn Sadıqlı bildirdi ki, klub ona verilən vədlərə əməl etməyib və əsas heyətə salınmayıb.

- Belə söhbətimiz olmayıb. Orxanın şəxsi işlərinə isə qarışmaq istəmirəm. Məni komandalarında görmək istədilər. Əsas heyətdə yer almağımla bağlı söhbət olmayıb.

 

- Mehti Cənətovla rəqabətə hazırsan?

- Əlbətttə, hazıram. Sağlam rəqabət hamıya lazımdır.

Tarix: 26 Dekabr [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyun 2019
26  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio