Dodo "Qəbələ"yə qayıdır - Klubdan açıqlama

13:39 - 26 Dekabr 2018

"Qəbələ" sabiq futbolçusu Dodonu baxışa dəvət edib.

 

Bu barədə komandanın meneceri Səbuhi Səfiyarlı Sportal.az saytına açıqlamasında deyib. Braziliyalı futbolçu komandanın Antalyadakı təlim-məşq toplanışında iştirak edəcək. 31 yaşlı hücumameyilli yarımmüdafiəçinin performansı baş məşqçi Sənan Qurbanovu qane etsə, transfer rəsmiləşəcək.

 

Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrılandan sonra Braziliyanın "Joinvil" və Yunanıstanın AEL klublarında çıxış edib.

Xəbər xətti