"Beşiktaş"ın Kuarejma planı

15:17 - 26 Dekabr 2018

"Beşiktaş"da ikinci dönəmində iki dəfə çempionluq yaşayan Rikardo Kuarejmanın İstanbul klubundan ayrılmaq ehtimalı yaranıb.

 

Sportal.az xəbər verir ki, yaşının çox olması və yüksək əmək haqqı alması səbəbindən İstanbul klubu portuqaliyalı futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır. 35 yaşlı futbolçu karyerasına "Portu"da son qoymaq istəsə də, Çindən yarımmüdafiəçiyə maraq var. Əgər Asiya ölkəsindən rəsmi təklif gəlsə, "Beşiktaş" təcrübəli futbolçunu yola salacaq.

 

Qeyd edək ki, Kuarejma "Beşiktaş"da 2015-ci ildən çıxış edir.

Xəbər xətti