"Roma" 3 qolla qələbə qazandı VİDEO

01:02 - 27 Dekabr 2018

İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Roma" evdə "Sassuolo"nu 3-1 hesabı ilə məğlub edib.

 

A Seriyasında turnir cədvəlinə 46 xalla "Yuventus" başçılıq edir. "Napoli" 41 xalla 2-ci, "İnter" 33 xalla 3-cüdür.  "Latsio" və "Milan" 28 xalla 4-5-ci yerləri bölüşürlər. "Roma" 27 xalla 6-cı, "Sassuolo" 25 xalla 11-cidir.

 

"Roma" 3-1 "Sassulo"
Qollar:
Dieqo Perotti, 8 (pen.), Patrik Şik, 23, Nikolo Zanolo, 59 - Kuma Babakar, 90

 

Xəbər xətti