"Neftçi" Karikarini razı saldı

11:04 - 27 Dekabr 2018

"Neftçi"yə böyük ümidlərlə gətirilən Kvame Karikari etimadları doğrultmadı.

 

Sportal.az-ın əldə etdiyi xəbərə görə, zəif performans göstərən hücumçunu bu səbəbdən "ağ-qaralar" göndərmək niyyətindədir. Karikari klubda şans istəsə də, bu arzunun reallaşmayacağı və planlarda olmadığı onun nəzərinə çatdırılıb. Müqavilənin xitam edilməsiylə bağlı danışıqlar müsbət yekunlaşıb və qanalı forvard paytaxt klubundan ayrılmağa razılaşıb. 26 yaşlı futbolçu müəyyən qədər təzminat alacaq.

 

Qeyd edək ki, "Neftçi"dən öncə "Əl Ərəbi”də (Qətər) oynayan Kvame Karikari Qananın "İnternational Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkesirspor”, Norveçin "Hauqesund”, Ukraynanın "Stal”, Qətərin "Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib.

Xəbər xətti