PSJ Buffonla müqaviləni uzadır

14:54 - 27 Dekabr 2018

PSJ qapıçısı Canluici Buffonla yeni müqavilə imzalamağa qərar verib.

 

Sportal.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 40 yaşlı əlcək sahibiylə mövsümün sonunda başa çatacaq müqavilə daha bir il uzadılacaq.

 

Qeyd edək ki, Buffon yayda "Yuventus"dan ayrılaraq PSJ-yə keçib. İtaliyalı qapıçı Liqa 1-də 8 oyun keçirib və 4 qol buraxıb.

Xəbər xətti