"Zirə" rekordçu ilə yolları ayırdı

15:38 - 27 Dekabr 2018

"Zirə"də ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, "qartallar" müdafiəçisi Adil Nağıyevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 23 yaşlı futbolçunun "Sumqayıt"a transferi gün ərzində açıqlanacaq.

 

Qeyd edək ki, Nağıyev 2015-ci ildən "Zirə"də çıxış edirdi. O, Bakıətrafı qəsəbə təmsilçisində 103 oyun keçirməklə klub tarixinə düşüb.

Xəbər xətti