Messidən "qızıl top" etirafı

16:14 - 27 Dekabr 2018

2018-ci ildə "qızıl top" mükafatının sıralamasında ilk üçlükdən kənarda qalan Lionel Messi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduz futbolçu bu il mükafata sahib çıxmayacağını əvvəlcədən gözlədiyini deyib:

 

"Qızıl top" mükafatına namizədləri görəndə, bu il onlarla rəqabət apara bilməyəcəyimi anladım. Neçənci yeri tutduğuma isə heç fikir vermədim".

 

Messi Ronaldo ilə aralarında olan rəqabətdən danışıb:

 

"Real" böyük klubdur. Orada kifayət qədər güclü futbolçular var. Ronaldonun gedişi istənilən komandaya təsir edir. O, çox qol vurur. Kriştiano ilə rəqabətimiz azarkeşlər üçün gözəl idi".

 

Qeyd edək ki, 31 yaşlı hücumçu  beş dəfə "qızıl top" mükafatını qazanıb.

Xəbər xətti