"Barselona" yeni transferini rəsmən açıqladı

16:38 - 27 Dekabr 2018

"Barselona" yeni transferini rəsmən açıqlayıb.

 

Sportal.az xəbər verir ki, kataloniyalılar "Valensiya"dan icarəyə götürdüyü Ceyson Murilyonu ictimaiyyətə təqdim edib. Müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub. Bunun üçün "Barselona" 2 milyon avrosundan keçib. "Barselona" 25 milyon avro ödəyərək, Kolumbiya millisinin üzvünü mövsümün sonunda ala bilər.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu "Udineze", "Qranada", "Kadis", "Las Palmas" və "İnter" klublarında da çıxış edib.

Xəbər xətti