Ozobiç çempion oldu, Zlatko Daliç üzüldü

16:53 - 27 Dekabr 2018

"Qarabağ"ın xorvatiyalı futbolçusuu Filip Ozobiç ölkəsində Dino Petrinoviçin xatirəsinə həsr olunmuş ənənəvi futzal turnirində iştirak edib.

 

Sportal.az xəbər verir ki, 4 komandalı yarışın qalibi məhz Ağdam klubunun yarımmüdafiəçininin də üzvü olduğu kollektiv olub. Ozobiçin komandası yarımfinalda Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin rəhbərlik etdiyi “Tropik”i 7:2, finalda isə "Tennis"i 5:2 hesabı ilə məğlub edib və çempion adını qazanıb.

 

Qeyd edək ki, Ozobiç yayda "Qəbələ"dən "Qarabağ"a keçib.

Xəbər xətti