"Sumqayıt" yeni transferini rəsmən açıqladı

17:45 - 27 Dekabr 2018

Dövrələrarası fasilə zamanı "Sumqayıt" Rəşad Əzizlidən sonra növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq, "Zirə"də çıxış etmiş Adil Nağıyevi heyətinə qatıb. 1995-ci il təvəllüdlü müdafiəçi "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Adil yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, U-17, U-19, U-21, U-23 və A millilərimizə cəlb olunmuş Adil Nağıyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Xəbər xətti