Reynaldonun "Qarabağ"da ilk seçimi

21:03 - 27 Dekabr 2018

Qazaxıstanın "Aktobe" klubundan “Qarabağ”a keçən Reynaldo Silvanın Ağdam klubunda forma nömrəsi bəlli olub.

 

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu 99 nömrəli formanı seçib. Bu barədə klubun "facebook" səhifəsini məlumat yayıb.

 

Qeyd edək ki, Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”da 9 nömrəli formada mübarizə aparıb. İndi isə 9 nömrə Araz Abdullayevə məxsusdur.

Xəbər xətti