Paytaxt klubu Samirlə bağlı yekun qərar verdi

10:37 - 28 Dekabr 2018

Bir müddətdir ki, İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem"də məşqlərə çıxan Samir Nəsrinin gələcəyi bəlli olub.

 

Sportal.az xəbər verir ki, "çəkicdöyənlər" fransız yarımmüdafiəçiyə rəsmi təklif edib. Müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub. London klubu 31 yaşlı futbolçuya həftəlik 90 min avro maaş verməyi nəzərdə tutub. Nəsri müqaviləni qəbul etsə, Premyer Liqa təmsilçisində forma geyinəcək.

 

Qeyd edək ki, “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Marsel” kimi komandalarda çıxış edən Nəsrinin son klubu "Antalyaspor" olub. Samir "Mançester Siti"də Manuel Pelleqrinin rəhbərliyi altında oynayıb.

Xəbər xətti