Luka Modriç: "Favorit bizik, sürprizə imkan vermək istəmirik"

11:09 - 28 Dekabr 2018

"Dünya çempionu olmaq istəyirdim. Buna görə bütün titullarımı qurban verməyə də hazır idim. Buna görə təəssüfləndik. Zaqrebə qayıdanda insanların bayram etməsini gördük. Bu da üzüntümüzü xoşbəxtliklə əvəzlədi".

 

Sportal.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç deyib. "Real"ın ulduzu yığmasının AÇ-2020-dəki şanslarından da danışıb: "Bizi qarşıda Avropa çempionatı gözləyir. Seçmə mərhələd maraqlı qrupda yer almışıq. Qrupun favoriti bizik və sürprizə imkan vermək istməirik. İnanıram ki, AÇ-2020-də ən azı dünya çempionatındakı uğurumuzu təkrarlayacağıq".

 

Qeyd edək ki, AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri eyni qrupda qərarlaşıb. Xorvatiya ilk matçını 2019-cu ilin martın 21-də Azərbaycana qarşı keçirəcək. Görüş Zaqrebdə baş tutacaq.

Xəbər xətti