Mahir Mədətovla Təmkin Xəlilzadə imza payladılar FOTOLAR

13:13 - 28 Dekabr 2018

Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza günləri keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin iki üzvü - “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadənin və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun imza günü “Avropa Liqası muzeyi”ndə  olub.

 

Muzey ziyarətçiləri imza günündə futbolçularla yaxından tanış olub, onlardan imza alıb, eləcə də foto çəkdiriblər.

 

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

 

Xəbər xətti