Yurgen Klopp: "Altı xallıq fərq nədir ki?"

14:33 - 28 Dekabr 2018

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqada ən yaxın izləyicilərindən uzaqlaşmaları barədə danışıb.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis "Mançester Siti" ilə xal fərqinin altı olmasının heç bir şey ifadə etmədiyini deyib:

 

"Ən vacib olan bizim neç xalımızın olmasıdır. Digər komandalara fikir verməməliyik, irəli baxmalıyıq. Altı xallıq fərq nədir ki? Heç bir şey. Hələ vacib oyunlarımız var. Ağır təqvimimiz var, ancaq işlər indi yaxşı gedir. Premyer Liqada öz tarixmizi yazmaq istəyirik. Statistikalar yaxşı şeydir, ancaq gedəcəyimiz yol uzundur".

 

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 51 xalla "Liverpul" başçılıq edir. "Tottenhem" 45 xalla 2-ci, "Mançester Siti" 44 xalla 3-cü yerdə qərarlaşıb.

Xəbər xətti