"Zirə" qış hazırlıq planını açıqladı: iki rəqib bəlli oldu

15:06 - 28 Dekabr 2018

Hazırda qış fasiləsində olan “Zirə” yanvarın 5-də bir araya gələcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, çalışmaların ilk hissəsini Bakıda keçirəcək “Zirə”, ayın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. “Qartallar” Bələk bölgəsində “Alva Donna Exclusive Hotel”də qalacaq. Komanda burda 4 yoxlama oyununa çıxacaq. “Qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) komandaları ilə görüşdə qüvvəsini sınayacaq. Digər iki rəqibin kimliyinə isə aydınlıq gəlməyib.

 

“Zirə” yanvarın 27-də toplanışı yekunlaşdırıb, vətənə qayıdacaq.

Xəbər xətti